Bərdə. 20 dekabr. REPORT.AZ/ Bərdə rayonunda avtomobil piyadanı vurub.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun rayonun Əmirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Qəzənfər Qələndər oğlu Qələndərov yolu keçərkən "VAZ-2104" markalı minik avtomobili tərəfindən vurulub. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü, Ağdam rayon sakini Elmurad Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır