Bərdədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Bərdədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi xəsarət alan sürcxü xəstəxanada ölüb.
Hadisə
25 Sentyabr , 2018 23:56
Bərdədə avtomobil maneəyə çırpılıb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi xəsarət alan sürcxü xəstəxanada ölüb. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, yol qəzası nəticəsində ağır yaralanan sürücü, A.Həzili yerləşdirldiyi Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***19:58

Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Oka" markalı avtomobil idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb. 

Hadisə nəticəsində sürücü, 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili  ağır bədən xəsarətləri alıb.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi