Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Avqust , 2022 06:28
Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Hümbətov Namət Yüsif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi