Yuxarı
    Bağlamaq

    Bərdədə atanın qəza törətməsi nəticəsində oğul dünyasını dəyişib - FOTO - VİDEO

    Sürücü özü ağır bədən xəsarətləri alıb

    Bərdə. 11 iyun. REPORT.AZ/ Bərdə rayonunun Lək kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 56 yaşlı Bərdə rayon sakini Süleymanov Hüseyn Zülfüqar oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobilin yol kənarında duran "Shacman" markalı yük maşınına arxadan çırpılması nəticəsində qeydə alınıb.

    Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb, onun yanında əyləşən 26 yaşlı oğlu, Bərdə rayon sakini Süleymanov Yasin Hüseyn oğlu isə hadisə yerində dünyasını dəyişib. H.Süleymanov ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralının vəziyəti orta-ağırdır.

    Faktla bağlı rayon Pols şöbəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi