Bərdədə ağacları kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərilib
Hadisə
- 15 noyabr, 2021
- 07:58
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 12 950 manat məbləğində ziyan dəydiyi məlum olub.
O deyib ki, qəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanan sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib.
Xidmət rəsmisi onu da qeyd edib ki, sözügedən şəxs bu ilin 27 oktyabr tarixində də eyni ərazidə ağacları kəsdiyinə və təbiətə 13 600 manat məbləğində ziyan vurduğuna görə onunla bağlı toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilmişdi.
Son xəbərlər
10:03
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi başlayır
Komanda10:01
Maliyyə Monitorinqi Xidməti auditor seçib
Maliyyə09:59
BƏƏ Hörmüz boğazında hərbi-dəniz qüvvələrini cəlb etməyə hazırdır
Digər ölkələr09:38
Əksər yerlərdə yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
Ekologiya09:35
Foto
Kürdəmirdə magistral su xətti partlayıb, 6 kənd susuz qalıb
Hadisə09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Media09:30
Azərbaycanın U-21 millisi bu gün Bakıda Portuqaliya yığması ilə üz-üzə gələcək
Futbol09:29
Benni Prasad: Qarabağ sürətli dirçəliş templəri nümayiş etdirir
Qarabağ09:23