Bərdədə ad günü məclisi keçirən şəxslər cərimələndi
Hadisə
- 12 aprel, 2021
- 07:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayonun Həsənqaya kənd sakini Bakir Sadıqovun yaşadığı evdə qonaqların iştirakı ilə nəvəsinə ad günü məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.
Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Son xəbərlər
01:17
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib
Futbol
00:38
Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək
Maliyyə
00:30
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
00:25
Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Maliyyə
00:18
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
Maliyyə
00:04
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
Maliyyə
23:54
Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir
Xarici siyasət
23:43
2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb
Maliyyə