Bərdədə 61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb

Bərdədə 61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Avqust , 2017 13:40
Bərdədə 61 yaşlı qadını avtomobil vurub, sürücü qaçıb

Bərdə. 16 avqust. REPORT.AZ/ Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində baş verib. 

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub. 

Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi