Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb - YENİLƏNİB

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb - YENİLƏNİB Uşağın ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb
Hadisə
25 Sentyabr , 2017 12:54
Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb - YENİLƏNİB

Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayon poliklinikası 6 yaşlı uşağın ölümünə münasibət bildirib. 

Poliklinikadan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, uşağın ölümündə həkimləri günahı olmayıb: "Uşaq yüksək hərarətlə və ağır vəziyyətdə poliklinikaya gətərilib. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib, zəruri tibbi müdaxilələr edilib. Lakin, uşağın həyatını xilas etmək mümkün olm ayıb".

Uşağın ölümü ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


***12:19

Bərdə. 25 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda 6 yaşlı uşaq xəstəxanada ölüb.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində yerləşən Uşaq poliklinikasında baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Sənan Elvin oğlu Vəlizadə yüksək dərəcəli hərarətlə poliklinikaya çatdırılıb. 

Onun valideynləri uşağın ölümündə həkimləri ittiham edərək poliklinikadan şikayət ediblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi