Bakı. 14 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayonun 1958-ci il təvəllüdlü Divanlı kənd sakini Qasımov Fərrux Xəlil oğlu həmkəndliləri tərəfindən döyülüb.
Müxtəlif bədən xəsarətləri alan 57 yaşlı kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirirlər.
Rayon Polis şöbəsində hadisənin araşdırılması, həmçinin onu törədən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.