Bərdədə 4 yaşlı uşağı dana vuraraq ağır yaralayıb

Bərdədə 4 yaşlı uşağı dana vuraraq ağır yaralayıb Hadisə rayonun Yenidaş kəndində baş verib
Hadisə
21 Noyabr , 2017 00:52
Bərdədə 4 yaşlı uşağı dana vuraraq ağır yaralayıb

Bərdə. 21 noyabr. REPORT.AZ/ Bərdə rayonunun Yenidaş kəndində bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, 2013-cü il təvəllüdlü rayon sakini Yusifli Yusif Taleh oğlu yaşadığı evin həyətində danaya yaxınlaşan zaman heyvan onu vurub.

Zərbənin gücündən 4 yaşlı uşaq ağır bədən xəsarətləri alıb. Huşunu itirmiş uşaq ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin məlumatına görə, Y.Yusifliyə hər bir tibbi yardım göstərilsə də, onun vəziyyəti ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi