Bərdədə 4 kəndin qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb

Bərdədə 4 kəndin qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb Bakı. 5 yanvar. REPORT.AZ/ Bərdə rayonunda 4 kəndin qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb.
Hadisə
5 Yanvar , 2019 12:45
Bərdədə 4 kəndin qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bərdə rayonunda 4 kəndin qəbiristanlıqlarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kətəlparaq kənd qəbristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Qaratəpə kənd sakini Elşən Şadmanov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 2-dən 4-dək olan müddətdə Əyricə, Lək və Arabacılar kənd qəbristanlıqlarındakı məzarlardan oğurluq etməsi də müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi