Bərdədə 3 şadlıq sarayının sahibi cərimələndi

Bərdədə 3 şadlıq sarayının sahibi cərimələndi Bərdə Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya
Hadisə
15 İyul , 2021 12:54
Bərdədə 3 şadlıq sarayının sahibi cərimələndi

Bərdə Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı “Ay ulduz”, “Kral” şadlıq saraylarında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və “Nəqşicahan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi