Yuxarı

​Bərdədə 20 yaşlı qadın intihara cəhd edib

S.Məmmədova çoxlu sayda dərman pereparatları qəbul edib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Muğanlı kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədova Sənubər Ədalət qızı çoxlu sayda dərman pereparatları qəbul edərək özünü öldürməyə çalışıb.

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 20 yaşlı iki uşaq anası zəhərlənmə diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə ailədə baş verən münaqişə səbəb olub.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi