Yuxarı

Bərdədə 20 Yanvar faciəsi qurbanları yad edilib

Bərdədə 20 Yanvar faciəsinin qurbanları yad edilib

Bərdə rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, mərasim iştirakçıları Qəhramanlar parkında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət ediblər. Abidə kompleksin önünə gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Bərdə rayonunda da 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi