Bərdədə 20 Yanvar faciəsi qurbanları yad edilib

Bərdədə 20 Yanvar faciəsi qurbanları yad edilib Bərdə rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Hadisə
20 Yanvar , 2020 21:57
Bərdədə 20 Yanvar faciəsi qurbanları yad edilib

Bərdə rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, mərasim iştirakçıları Qəhramanlar parkında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət ediblər. Abidə kompleksin önünə gül dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi Bərdə rayonunda da 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son xəbərlər

Orphus sistemi