Yuxarı
    Bağlamaq

    Bərdədə 14 yaşlı uşaq kanalda çimərkən boğulub

    Hazırda yeniyetmənin vəziyyəti orta ağırdır

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Bərdənin Nazirli kəndində bədbəxt hadisə baş verib.

    "Report" xəbər verir ki, 2001-ci il təvəllüdlü kənd sakini Şiraslanov Orxan Rəşad oğlu kənd ərazisindən keçən su kanalında çimərkən boğulub.

    Yeniyetmə su burulğanına düşərək bir neçə kilometr aralıda üzə çıxıb. Zərərçəkmiş ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti orta ağırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi