Bərdə və Şabran rayonlarında yanğın olub

Bərdə və Şabran rayonlarında yanğın olub Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
31 Yanvar , 2015 06:55
Bərdə və Şabran rayonlarında yanğın olub

BAKI. 31 yanvar. REPORT.AZ/ Bərdə və Şabran rayonlarında yanğın hadisələri qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Qaradəmirçi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12,5 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Şabran rayonu isə yanğın Dəvəçikənd kəndində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisinə yığılmış təsərrüfat malları və taxta taralar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi