Bərdə sakinini öldürən qrupun digər üzvü saxlanıldı

Bərdə sakinini öldürən qrupun digər üzvü saxlanıldı Bərdədə qətl törədən şəxsin evində silah-sursat aşkarlanılıb.
Hadisə
3020
16 Sentyabr , 2020 12:50
Bərdə sakinini öldürən qrupun digər üzvü saxlanıldı

Bərdədə qətl törədən şəxsin evində silah-sursat aşkarlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Bərdə rayon sakini M.Camalovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü X.Musazadə saxlanılıb.

Onun Şorəlli kəndindəki evinin həyətindən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Orphus sistemi