Bərdə sakininə qarşı soyğunçuluq edilib

Bərdə sakininə qarşı soyğunçuluq edilib Bərdə rayonunda quldurluq hadisəsi baş verib.
Hadisə
21 Oktyabr , 2019 12:20
Bərdə sakininə qarşı soyğunçuluq edilib

Bərdə rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"un yerli bürosuna Bərdə Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. 

Bildirilib ki, RPŞ-ə müraciət edən şəhər sakini M.Hüseynov oktyabrın 20-də saat 19 radələrində şəhər ərazisində 1 nəfərin ona zor tətbiq edərək 286 manatını almasını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb. 

Bərdə RPŞ tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi