Yuxarı

Bərdə sakini odlu silahla ehtiyatsız davranması nəticəsində ölüb

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır

Bərdə. 20 sentyabr. REPORT.AZ/ Bərdə sakini odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb. 

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Şirinov Muxtar Cavanşir oğlu odlu silahla ehtiyatsız davrandığından güllə yarası alıb.

Ov tüfəngindən açılan atəş onun qarın boşluğuna dəyib. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi