Bərdə sakini hamamda dəm qazından zəhərlənib

Bərdə sakini hamamda dəm qazından zəhərlənib Bərdədə dəm qazından zəhərlənmə qeydə alınıb.
Hadisə
2 Yanvar , 2022 14:18
Bərdə sakini hamamda dəm qazından zəhərlənib

Bərdədə dəm qazından zəhərlənmə qeydə alınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Hacılı kənd sakini, Mehdiyev Qafur Kamran oğlu yaşadığı evdə hamamda çimərkən halı pisləşib.

Hadisə yerinə çağırılan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib. Daha sonra o, dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi