Bərdə sakini ehtiyatsızlıqdan qolunu kəsib

Bərdə sakini ehtiyatsızlıqdan qolunu kəsib Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
10 Oktyabr , 2017 19:16
Bərdə sakini ehtiyatsızlıqdan qolunu kəsib

Bərdə. 10 oktyabr. REPORT.AZ/ Bərdə şəhər sakini ehtiyatsızlıqdan qolunu laqunda ilə kəsib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1940-cı il təvəllüdlü Ağa Cəlil oğlu Məmmədov həyətində laqunda ilə dəmir parçasını doğrayarkən ehtiyatsızlıqdan qolunu kəsib. Kişi yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi