Bərdə sakini dostunu güllələyərək öldürüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bərdə sakini dostunu güllələyərək öldürüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə edilib.
Hadisə
15 Oktyabr , 2018 17:12
Bərdə sakini dostunu güllələyərək öldürüb - FOTO - VİDEO - YENİLƏNİB-2
Report
0 : 00
0 : 00

             
       Video əlavə edilib.



***16:46


Bərdə. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


***16:40

Bərdə. 15 oktyabr. REPORT.AZ/ Bərdə rayon sakini dostunu güllələyərək öldürüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Gülgəzli kəndi ərazisində baş verib. 

İlkin məlumatlara görə, hadisə ov zamanı baş verib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi