​Bərdə rayonunda yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

​Bərdə rayonunda yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb Hadisə rayonunun Mustafaağalı kəndində baş verib
Hadisə
9 Avqust , 2015 13:22
​Bərdə rayonunda yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

Bakı. 9 Avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bərdə rayonunun Mustafaağalı kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı evin dam örtüyü və 1 otağı yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi