Bərdə rayonunda polis əməkdaşları qəzaya düşüblər - VİDEO
Hadisə
- 16 iyul, 2017
- 17:45
Bərdə. 16 iyul. REPORT.AZ/ Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. VAZ 21011 markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus Fiat markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ 21011 markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.
Hadisəyə səbəb VAZ 21011 markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis maşınına çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bərdə rayonunda polis əməkdaşları qəzaya düşüblər - VİDEO
Son xəbərlər
03:44
Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib
Digər ölkələr03:18
CENTCOM: May ayından bəri Hörmüz vasitəsilə 900 milyon barel neft daşınıb
Digər ölkələr02:50
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
Futbol02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40
Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
Digər ölkələr01:11
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
Digər ölkələr00:59
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
Futbol00:18