Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisinin avtomobili Tərtərdə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisinin avtomobili Tərtərdə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB "Toyota Land Cruiser"in sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Zaur Bəylərovdur
Hadisə
10 Dekabr , 2017 23:45
Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisinin avtomobili Tərtərdə yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Tərtər. 10 dekabr. REPORT.AZ/ Tərtər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Kia" markalı avtomobilin sürücüsü Elşad Quluyev ölüb.

Qeyd edək ki, "Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur.

Hadisə zamanı daha iki nəfər - 1971-ci il təvəllüdlü Quluyev Məhərrəm Ağamoğlan oğlu və 1980-ci il təvəllüdlü Sarıyev Elnur Asdan oğlu xəsarət alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyətinin ağır olduğu bildirilir.


***22:58

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun giriş hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Kia"nın sürücüsü ölüb.

Qəza zamanı habelə "Kia" avtomobilinin daha iki sərnişini də ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi