Bərdədə kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib

Bərdədə kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.
Hadisə
2 İyun , 2023 10:26
Bərdədə kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib

Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyunun 2-si saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qadın xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.

Bərdə Rayon Polis Şöbəsində stintaq hərəkətləri aparılır.

Son xəbərlər

Orphus sistemi