Bərdə bazarında Tərtər sakininin cibindən 1170 manat oğurlanıb

Bərdə bazarında Tərtər sakininin cibindən 1170 manat oğurlanıb Hadisə sentyabrın 28-də qeydə alınıb
Hadisə
29 Sentyabr , 2018 12:34
Bərdə bazarında Tərtər sakininin cibindən 1170 manat oğurlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bərdə bazarında oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə sentyabrın 28-də Alpoud kəndində yerləşən bazarda qeydə alınıb.

Belə ki, Bərdə rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bazarda Tərtər rayon sakini Ziyəddin Muradovun cibindən 1170 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Bəkirov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi