Bərdə bazarında 101 mağazaya ziyan dəyib - YENİLƏNİB

Bərdə bazarında 101 mağazaya ziyan dəyib - YENİLƏNİB Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ziyan dəymiş mağazaların sayı açıqlanıb
Hadisə
26 May , 2021 11:40
Bərdə bazarında 101 mağazaya ziyan dəyib - YENİLƏNİB
0 : 00
0 : 00

Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ümumilikdə 101 mağazaya ziyan dəyib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, mağazalardan 80-i tamamı ilə, digər 13-ü isə qismən yanıb.

Faktla bağlı araşdırma aparılır.

10.46

Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ziyan dəymiş mağazaların sayı açıqlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi Mübariz Əliyev “Report”un Qarabağ bürosuna bildirib ki, hadisə nəticəsində ümumilikdə bazarda 80-ə yaxın mağaza yanıb.

O bildirib ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, mayın 26-da FHN-in "112" qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülən operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi