Şöbə müdiri: "Bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub"

Hadisə
  • 22 fevral, 2023
  • 08:15
Şöbə müdiri: Bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub

Bələdiyyələrdə gender zorakılığı müraciəti üçün xüsusi qutular qoyulub.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dövlət Komitəsinə edilən müraciətlər hər il artır.

Şöbə müdirinin sözlərinə görə, hazırda bələdiyyələrdə gender zorakılığına qarşı komissiyalar yaradılır:

"Xüsusi qutular qoyulub və vətəndaşlar gizli olaraq məlumatları ora daxil edir, bələdiyyələr isə onları dövlət orqanlarına təqdim edir. Bu, Avropa təcrübəsi əsasında tətbiq edilir".

Son xəbərlər

Bütün Xəbər Lenti