Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub

Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub Bakı. 21 sentyabr. REPORT.AZ/ Belçikada miqrantlar düşərgəsində saxlanılan və Azərbaycana deport edilməsi deyilən ailə ilə bağlı bəzi detallar məlum olub.
Hadisə
21 Sentyabr , 2018 12:25
Belçikadan Azərbaycana deportu gözlənilən ailə ilə bağlı detallar məlum olub
Reuters
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Belçikada miqrantlar düşərgəsində saxlanılan və Azərbaycana deport edilməsi deyilən ailə ilə bağlı bəzi detallar məlum olub.

“Report”un ailəyə dəstək olan şəxslərdən əldə etdiyi məlumata görə, ailənin başçısı azərbaycanlı yox, çeçen millətinə mənsub şəxs, Rusiya Federasiyası vətəndaşı, 1979-cu il təvəllüdlü Batçıyev Maqomed Salikoviçdir. Onun digər adı Baqayev Timur Salikoviçdir. Həyat yoldaşı 1981-ci il təvəllüdlü Məmmədova Ruqiyyə Vaqif qızı milliyyətcə azərbaycanlı olsa da, ailənin bütün üzvləri Rusiya vətəndaşıdır. 

"Eyni zamanda yayılan “körpə uşaqları olan ailəyə heç kimi kömək etmir” xəbərinin əksinə olaraq, əslində, Belçikadakı Azərbaycan diasporu, hətta yerli millətə mənsub dərnəklər ailəyə bütün vasitlərlə dəstək olurlar. Ailə Belçikada qeyri - qanuni məskunlaşıb, azərbaycanlılar ilə bağlı heç bir tədbirlərə qatılmayıb. Ailənin xanımı azərbaycanlı, uşaqları isə körpə olduğu üçün onların Azərbaycana deport edilmə məsələsi gündəmə gəlsə, ölkədəki diaspor onların normal həyata qayıtması üçün bütün mümkün əlaqələrdən istifadə edir", - ailəyə dəstək olan şəxslər bildiriblər.

Belçikadakı diaspor təşkilatları bu məsələ ilə bağlı bəzi narahatlıqlarını da bildirirlər: “Bəzi halalrda məsələ ilə bağlı guya diasporun laqeydliyi barədə dezinformasiya yayıb bizi məyus edirlər. Bu, ədalətli deyil. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatları əvvəldən bu məsələni nəzarətdə saxlayır”.

Qeyd edək ki, məsələ ilə bağlı detalları ilk olaraq Open.az saytı yayıb.

Son xəbərlər

Orphus sistemi