​Belarusda azərbaycanlılar avtobus sürücüsü və sərnişinləri döyüblər

​Belarusda azərbaycanlılar avtobus sürücüsü və sərnişinləri döyüblər Şübhəli şəxsə qarşı Cinayət Məcəlləsinin 339-cu maddəsi üzrə cinayət işi qaldırılıb
Hadisə
6 Dekabr , 2014 06:35
​Belarusda azərbaycanlılar avtobus sürücüsü və sərnişinləri döyüblər
Bakı. 6 dekabr. REPORT.AZ/ Belarus İstintaq Komitəsinin Pervomayski rayon şöbəsi (Minsk) Azərbaycan vətəndaşı barəsində qatı xuliqanlığa dair cinayət işini araşdırır.

"Report" xəbər verir ki, istintaqın məlumatına görə, o və onun ondan çox həmyerlisi 26 noyabr tarixində, təqribən 21:30 radələrində Minskin Kedışko küçəsində 95 saylı marşrut avtobusun sürücüsü və onun üç sərnişinini döyüblər.

Şübhəli şəxsə qarşı Cinayət Məcəlləsinin 339-cu maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayətdə iştirak etməkdə şübhəli bilinən daha iki azərbaycanlı saxlanılıb.

İstintaq qrupunun əməkdaşları hazırda hadisənin başvermə şəraiti, onun iştirakçıları, onların sayı və iştirakçıların insidentdə rolunu araşdırmaqla məşğuldur.

İstintaq bununla əlaqədar olaraq hadisənin videogörüntüləri olan və ya bu barədə məlumatlı olan vətəndaşlardan polisə xəbər verməyi xahiş edir.

Son xəbərlər

Orphus sistemi