Yuxarı

Bəhlul Mustafazadə: “Slovakiya ilə matçda vuruşacağıq”

​Bəhlul Mustafazadə: “Slovakiya ilə matçda vuruşacağıq”

“Sabahkı görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə Slovakiya qrupdakı ikinci ən güclü komandadır. Sabahkı matçda vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq”.

“Report”un Slovakiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə deyib.

Oyunöncəsi mətbuat konfransında qatılan oyunçu məqsədlərinin çətin səfər oyununda xal qazanmaq olduğunu bildirib:

“Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdur. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır”.

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi