Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (DYP) mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən "Report"a bildirilib ki, belə hava şəraitində hərəkət iştirakçıları ehtiyatlı olmalıdırlar:
"Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq. Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik", - məlumatda qeyd edilib.