BDU-nun tələbəsi dostu ilə birgə dənizdə boğulub - YENİLƏNİB

BDU-nun tələbəsi dostu ilə birgə dənizdə boğulub - YENİLƏNİB Bakı. 17 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.
Hadisə
17 Sentyabr , 2018 17:19
BDU-nun tələbəsi dostu ilə birgə dənizdə boğulub - YENİLƏNİB

Bakı. 17 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.

Bu barədə "Report"a BDU-dan məlumat verilib.

Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.


*** 13:27

Bakı. 17 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərdən biri tələbə olub.

"Report"un xəbərinə görə, hadisə ötən gün baş verib.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu dənizdə çimərkən boğulublar.

Onların meyitləri FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

H.Baxşızadə ali məktəb tələbəsi olub.

Son xəbərlər

Orphus sistemi