"BDU-nun dərmandan zəhərlənən tələbəsinin vəziyyəti orta-ağırdır".
Bunu "Report"a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, tələbə dərman qəbul edəndən sonra zəhərlənib və qəfildən halı pisləşib: "Təcili tibbi yardımın köməkliyi ilə günorta saatlarında bizim şöbəyə gətirilib. Hazırda onun müalicəsi davam etdirilir. Amma səhhəti orta-ağır olaraq qalır".
*** 18:08
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dərmandan zəhərlənib.
"Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.