Bayram günü İmişlidə maşın yol ilə gedən 7 piyadanı vurub, 1 nəfər ölüb - YENİLƏNİB

Bayram günü İmişlidə maşın yol ilə gedən 7 piyadanı vurub, 1 nəfər ölüb - YENİLƏNİB Daha iki nəfər vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib
Hadisə
2254
1 Yanvar , 2018 11:46
Bayram günü İmişlidə maşın yol ilə gedən 7 piyadanı vurub, 1 nəfər ölüb - YENİLƏNİB
Report

İmişli. 1 yanvar. REPORT.AZ/ İmişlidə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası zamanı ölən və xəsarət alanların adı məlum olub. 

“Report”un Aran bürosu xəbər verir ki, İmişli rayon sakini, 48 yaşlı Seymur Murtuzəli oğlu Mehdiyevin sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə avtomobil 7 piyadanı vurub. Qəza zamanı 2000-ci il təvəllüdlü İmişli sakini Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər – İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, Cavadov Ruslan Etiram oğlu (1997), Ruslanzadə Səbuhi Namiq oğlu (2001), üç qardaş - Həsənli Sahil Səfər oğlu (1990) və Həsənli Şəhriyar Səfər oğlu (1993), Həsənli Şahin Səfər oğlu (1996) İmişi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərinə göndərilib.

Sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.


***11:05

İmişli. 1 yanvar. REPORT.AZ/ İmişli rayonunda avtomobil yoldan çıxaraq 7 nəfəri vurub, 1 nəfər ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə İmişli şəhərinin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq piyadaların hərəkət etdiyi səkiyə tərəf hərəkət edib. Nəticədə 7 nəfər piyadanı vurub. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un  yerli bürosuna verilən məlumata görə, yaralılardan birir xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi