Bayram günü baş verən yol qəzalarında 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bayram günü baş verən yol qəzalarında 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb Ötən gün ölkədə 8 yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
29 May , 2017 12:39
Bayram günü baş verən yol qəzalarında 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bakı. 29 may. REPORT.AZ/ 28 May-Respublika günündə Azərbaycanın yollarında baş verən qəzalarda 5 nəfər ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ötən gün ölkədə 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 9 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi