Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.
Hadisə
17 Avqust , 2022 23:10
Batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində, “Buzovna” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Son xəbərlər

Orphus sistemi