BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb

BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb Yaralılardan 8 nəfərinin vəziyyəti ağırdır
Hadisə
18 Oktyabr , 2016 18:21
BASF-ın kimya zavodundakı partlayışda 2 nəfər ölüb, 25-i yaralanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ötən gün axşam BASF-ın kimya zavodunun boru kəmərində baş verən partlayış nəticəsində müəssisənin iki yanğınsöndürən əməkdaşı ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 25 nəfər isə yaralanıb, onlardan 8 nəfərinin vəziyyəti ağırdır.

Ağır yaralılardan 6 nəfər xüsusi intensiv müalicə alır. Bir nəfər barədə isə məlumat yoxdur. Onun meyitinin müəssisənin limanının dərinliklərində olduğu ehtimal edilir.

BASF-ın məlumatına görə, etilen və propilen yanıb. Gecə saatlarında yanğının söndürülməsinə nail olunsa da, ərazidə temperaturun aşağı salınmasına çox vaxt tələb olunub. Əraziyə giriş hələ də qadağandır.

Son xəbərlər

Orphus sistemi