Yuxarı
    Bağlamaq

    Baş redaktor məhkəmədə ifadə verib

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

    Elan olunmuş ittiham üzrə A.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

    O, sərbəst ifadəsində ona qarşı irəli sürülmüş ittihamları absurd sayıb, qəbul etmədiyini söyləyib.

    Qeyd edib ki, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub: "Yazılardan birini "Turan" İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim, ümumiyyətlə, münasibətim belə olmayıb".

    Daha sonra həyat yoldaşı Gülnar Məmmədova şahid qismində məhkəməyə dəvət edilib. O, ailə üzvlərindən olduğunu deyərək ifadə verməkdən imtina edib.

    Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin olunub.

    Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi