Prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib

Prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib Baş prokuror əmrlər imzalayıb
Hadisə
4 İyun , 2024 16:31
Prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib

Baş prokuror Kamran Əliyev əmrinə əsasən, prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin olunub. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi