Baş prokurorun müavini Qobustanda vətəndaş qəbulu keçirəcək

Baş prokurorun müavini Qobustanda vətəndaş qəbulu keçirəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun müavini Namiq Əsgərov cari il dekabrın 6-sı saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Şamaxı rayon sakinlərinin qəbulunu keçirəcək.
Hadisə
28 Noyabr , 2019 16:45
Baş prokurorun müavini Qobustanda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun müavini Namiq Əsgərov cari il dekabrın 6-sı saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Şamaxı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi