Baş prokurorun köməkçisi vəzifəsindən azad edilib

Baş prokurorun köməkçisi vəzifəsindən azad edilib Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.
Hadisə
550
10 İyun , 2021 11:53
Baş prokurorun köməkçisi vəzifəsindən azad edilib
Kamran Əliyev

Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Qurumun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb. O, daha əvvəl Mingəçevir və Sumqayıt şəhərlərinin prokuroru işləyib.

Xatırladaq ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.

 Dağlar Zeynalov
Dağlar Zeynalov

Son xəbərlər

Orphus sistemi