Baş prokurorun keçmiş müavini məhkəmədə ifadə verməkdən imtina edib

Baş prokurorun keçmiş müavini məhkəmədə ifadə verməkdən imtina edib Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
105
22 Fevral , 2019 17:50
Baş prokurorun keçmiş müavini məhkəmədə ifadə verməkdən imtina edib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid qismində adı keçən üç şahidin məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra məhkəmə təqsirləndirilən M.Cəfərovun sərbəst ifadə verməsini təklif edib. O, ifadə verməkdən imtina edib. M.Cəfərov iş üzrə adı keçən şahidlərin dindirilməsi başa çatdıqdan sonra ifadə verəcəyini bildirib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb. 

Son xəbərlər

Orphus sistemi