Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq

Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Hadisə
29 İyun , 2021 12:17
Baş Prokurorluqdan yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq

Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumun Mətbuat xidmətindən "Report"a daxil olan xəbərdarlıqda deyilir:

"Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edirki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"

Son xəbərlər

Orphus sistemi