Baş Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama

Baş Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.
Hadisə
1339
9 İyul , 2021 12:18
Baş Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama
0 : 00
0 : 00

İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi