Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib İyunun 8-də Baş Prokurorluqda “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib.
Hadisə
8 İyun , 2023 15:34
Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib

İyunun 8-də Baş Prokurorluqda “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib.

Bu barədə "Report"a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Şəmşir Şəmşirli mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.

Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Xəyal Tağıyev, İlham Söhbətov və Şəmsəddin Hüseynov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd edib.

Tədbir zamanı FHN tərəfindən respublikanın müxtəlif rayonlarında həyata keçirilmiş qəza-xilasetmə təlimlərini əks etdirən videoçarxlar, eləcə də fövqəladə hallar zamanı zəruri olan fərdi mühafizə vasitələri nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi