Baş Prokurorluq: Yasamalda baş vermiş intiharın səbəbləri araşdırılır

Baş Prokurorluq: Yasamalda baş vermiş intiharın səbəbləri araşdırılır İlkin ehtimallara görə, Kamran Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub
Hadisə
10 Yanvar , 2015 14:47
Baş Prokurorluq: Yasamalda baş vermiş intiharın səbəbləri araşdırılır

Bakı. 10 yanvar. REPORT.AZ/ "Yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. "Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə, K.Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin mərhumun intihar etməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi