Baş Prokurorluq vətəndaşlara müraciət edib - VİDEO

Baş Prokurorluq vətəndaşlara müraciət edib - VİDEO COVID-19 pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir.
Hadisə
225
30 İyul , 2021 14:43
Baş Prokurorluq vətəndaşlara müraciət edib - VİDEO

COVID-19 pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Təəssüflər olsun ki, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edilməsi hallarına rast gəlinir.
Vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir", - Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videomüraciət ictimaiyyətə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi